Paris Olimpiadası təxirə salınmayacaq

post-img

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax dünyada hərbi münaqişələrin sayının artması səbəbindən 2024-cü il Yay Olimpiya Oyunlarının ləğvi ehtimalını istisna edib.

Bu barədə “Inside the Games” nəşri məlumat yayıb. Qurum rəhbəri dünyada çox güclü geosiyasi gərginliyin olduğunu bildirib: “Hökumətlər və ölkələr arasında çoxlu müharibələr olub, lakin idmançılar həmişə Oyunlarda iştirak ediblər. Bu, Olimpiya Oyunlarının missiyasına uyğundur. Beynəlxalq Olimpiya Komitəsi idmanın əsas ideyasına xəyanət etməyəcək. BMT-yə görə hazırda dünyada 28 müharibə var. Bizim missiyamız idmançılar və idman naminə humanitar missiyasıdır. Biz bunu nəzərə almağa çalışırıq”.

Xatırladaq ki, Parisdə Yay Olimpiya Oyunlarının 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçirilməsi planlaşdırılır.

Əvvəlki Tokio Olimpiadası koronavirus pandemiyası səbəbindən bir il sonra – 2021-ci ildə keçirilib. Azərbaycan son olimpiadada 3 gümüş, 4 bürünc medal qazanıb.  

 

Leyla SABİRQIZI 
XQ

İdman