Qanalı futbolçu “Kəpəz”də oynayacaq

post-img

Premier Liqanın bölgə təmsilçilərindən olan Gəncənin “Kəpəz” klubu qanalı futbolçu Ezekiel Morqanı transfer edib. 

“XQ” “Kəpəz” klubunun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi gəncəlilərlə 2+1 illik müqavilə bağlayıb.

Ancaq o, bu mövsüm bölgə təmsilçisində çıxış etməyəcək. Çünki Morqan I Liqa klubu “İmişli”yə icarəyə verilib.

Qeyd edək ki, Ezekiel Morqanın sonuncu klubu ölkəsində “Tudu Mayti Gets” olub.

Elçin ABBASOV,

XQ

İdman