“Neftçi” heyətini gücləndirib

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqası təmsilçisi “Neftçi” Argentinanın  “Atletiko Sarmiento” klubunun üzvü Lukas Melano ilə rəsmi müqavilə bağlayıb.

“XQ” “Neftçi” PFK-nin məlumatına istinadən bildirir ki, 30 yaşlı forvard yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək.  Daha sonra müqavilənin detalları haqqında ətraflı məlumat paylaşılacaq.

Qeyd edək ki, sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

Elçin ABBASOV,

XQ

İdman