“Sabah” Kahim Perrislə rəsmi müqavilə bağlayıb

post-img

Bakının “Sabah” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.

“XQ” xəbər verir ki, bu barədə klubun rəsmi məlumatında bildirilib. Yamaykalı hücuma meylli yarımmüdafiəçi Kahim Perris Ukraynanın “Dinamo” (Kiyev) komandasından icarəyə götürülüb. Artıq onun keçidi rəsmiləşib.

İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna kimi nəzərdə tutulub. Anlaşmaya əsasən, Bakı təmsilçisi mövsümün sonunda 23 yaşlı futbolçunu transfer etmək hüququna malik olacaq.

Yarımmüdafiəçi “Sabah”da 28 nömrəli forma ilə çıxış edəcək.

Perris karyerası ərzində Yamaykanın “Kavalier” (2017-2019), Sloveniyanın “Domjale” (2019/2020), “Krka” (2020-2021), “Koper” (2021-2022) klublarında çıxış edib. Futbolçu 2022-ci ildən Kiyev “Dinamo”sunun üzvüdür. Yamayka millisinin də formasını geyinən yarımmüdafiəçi yığmada 10 matç keçirib.

 

Elçin ABBASOV,

XQ

İdman