“Gəncə” heyətini braziliyalı voleybolçu ilə gücləndirib

post-img

Yeni mövsümdən Azərbaycan Yüksək Liqasında debüt edəcək qadın voleybolçulardan ibarət “Gəncə”  voleybol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

“XQ” klubun məlumatına istinadən xəbər verir ki, Gəncə təmsilçisi braziliyalı voleybolçu Fernando Melo ilə müqavilə imzalayıb. 36 yaşlı oyunçu ötən mövsümü Perunun “Alianza” klubunda keçirib. 180 santimetr boya malik hücumçu daha əvvəl Braziliyanın “Uniara”, “Sollis Nestle”, “Rio do Sul”, Argentinanın “Ximnasiya Esqrima La Plata”, Fransanın “İstr”, Kiprin “Pafiakos” və Yunanıstanın “Tiras” klublarının da şərəfini qoruyub. 

Gəncə təmsilçisi daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova və Leyla Parşkova ilə anlaşıb. Komanda yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında çıxış edəcək.

 

Elçin ABBASOV,

XQ

İdman