İdman festivalı: Komandamız daha 7 medal qazanıb

post-img

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan idmançıları növbəti medalları qazanıblar. 

Gənclər və İdman Nazirliyindən “Xalq qəzeti”nə bildirilib ki, dünən təm­silçilərimiz 7 medal qazanıblar. Koman­damızın aktivinə qızıl medalları qadın güləşçimiz Gültəkin Şirinova (53 kq), Mərziyyə Sadıqova (72 kq), boksçu Ni­cat Hüseynov (51 kq) yazdırıblar. Bok­sçularımız Fərhad Şeydayev (75 kq), Tural Sarıyev (51 kq), Manjona Sariyeva (50 kq) ikinci, qadın güləşçimiz Birgul Soltanova (65 kq) 3-cü yeri yeri tutublar. Bununla da komandamızın əldə etdiyi medalların sayı 15-ə çatıb. 

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkə­dən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman