Paris Olimpiadasına daha bir lisenziya

post-img

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan atletika üzrə dünya çempionatında milli komandamızın üzvü Anna Skidan uğurla çıxış edib. 

Çəkicatma üzrə təsnifat mərhələ­sində iştirak edən idmançı 77.10 metr nəticə ilə final mərhələsinə yüksəlib. Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyən atletimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman