Cüdoçularımız dünya çempionatında

post-img

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında keçirilən cüdo üzrə dünya çempionatının ikinci günündə Azərbaycan komandası böyük uğurla çıxış edərək daha 2 gümüş medal qazanıb. 

Oğlanların yarışında Məhəmməd Musayev (60 kq) və Əbil Yusubov (66 kq) ikinci yeri tutublar. 

Qeyd edək ki, Azərbaycan cüdoçula­rı çempionatın ilk günündə 1 qızıl, 1 gü­müş və 1 bürünc medala sahib olublar. İki günün nəticəsinə görə cüdoçularımız oğlanlar arasında 4 çəki dərəcəsinin hər birində medal əldə ediblər.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman