2 boksçumuz Avropa birinciliyinin finalında

post-img

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşləri keçirilib.

Azərbaycan Boks Federasiyasından “Xalq qəzeti”nə bildirilib ki, millimizin 2 idmançısı finala yüksəlib. Şahin Aslanov (52 kiloqram) gürcüstanlı Sandro Ka­panadzeni 5:0 hesabı ilə məğlub edib. Boksçumuz həlledici görüşdə Nikolay Nikolayevlə (Bolqarıstan) üz-üzə gələ­cək.

Səftər Məmmədzadə (90 kiloqram) isə yarımfinal döyüşünün taleyini ilk raundda həll edib. Təmsilçimiz ermənis­tanlı Aram Tumanyanı nokaut edərək tam üstünlüklə qələbə qazanıb. Məm­mədzadə çempionluq üçün Yosip-Vla­dislav Kozakeviçlə qarşılaşacaq.

Digər boksçularımızdan Adil Zalov (63 kiloqram) və İsmayıl Vəliyev (70 kiloqram) Avropa birinciliyini bürünc medalla başa vurub. 

Qeyd edək ki, Avropa birinciliyində finallar avqustun 25-də keçiriləcək. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman