Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
"Neftçi" səfərdə "Kəpəz"in qonağı olub. Gəncə şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 44-cü dəqiqədə penaltidən Mate Kvirkviya vurub.
Bu qələbədən sonra ilk xallarını qazanan "sarı-göylər" 3-cü pillədə qərarlaşıb. Xalı olmayan "ağ-qaralar" isə 8-cidir.
Tura saat 20:00-da başlayacaq "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0, "Sumqayıt" "Səbail"i 4:1, "Zirə" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.