Neftçala rayonu, Qızılağac Milli Parkının ərazisində baş vermiş yanğınla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.
Bu barədə FHN-dən bildirilib.
Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

