Bu gün "Qarabağ" "Linkoln"u qəbul edir

post-img

Bu gün UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın "Qarabağ" klubu  Cəbəllüttariqin "Linkoln" komandasını qəbul edəcək.

"Köhlən atlar" Cəbəllüttariq təmsilçisini Bakı Olimpiya Stadionunda qəbul edəcək.  Matçın baş hakimi albaniyalı referi Eldorjan Hamitidir.  Yeri gəlmişkən, görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, komandalar arasında ilk oyun Cəbəllütariqdə keçirilib. Həmin götüşdə  “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

 

Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman