"Neftçi" bu axşam mübarizəyə başlayır

post-img

Bu axşam "Neftçi" klubu 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bordo mərhələsində mübarizəyə başlayır. Məlumatı Basketbol Federasiyası verib. 

"Neftçi" "C" qrupunda ilk olaraq Fransa millisi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:35-də start götürəcək.

Bakı klubu ikinci görüşünü Polşa millisinə qarşı keçirəcək. Bu oyun isə saat 23:20-də start götürəcək.

Məlumat üçün deyək ki, qruplarda ilk iki yeri tutan komandalar dörddəbir final mərhələsinə vəsiqə qazanacaq.

Onu da qeyd edək ki, "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.

 

Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman