Rusiya Türkiyəyə iki amfibiya-təyyarə göndərib

post-img

Rusiya Fövqəladə Hallar Hazirliyinin iki amfibiya-təyyarəsi Prezident Vladimir Putinin tapşırığı ilə meşə yanğınlarına qarşı mübarizə üçün Türkiyəyə göndərilib. Məlumatı RF FHN-ə istinadən “İnterfaks.ru” verib.

Məlumatda bildirilir: “Rusiya Prezidentinin tapşırığı və Türkiyə tərəfinin xahişinə uyğun olaraq, nazirliyin iki amfibiya-təyyarəsi iri meşə yanğınlarını söndürmək üçün Rostov-Dondakı Platov aeroportundan Türkitənin İzmir və Muğla şəhərinə yola düşüb”.

Nazirliyin məlumatına görə, yardım üçün göndərilmiş aviasiya qrupu çətin şəraitlərdə iş üçün hazırlıq keçib və təbiət yanğınlarını söndürməkdə böyük təcrübəyə malikdir. 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya