Nikah üzüyü və ürəyə gedən damar...

post-img

Nikah üzüyünün tarixi qədim dövrlərə gedib çıxır. Nişanlanma əlaməti kimi adsız barmağa üzük taxmaq ənənəsi Nil sahillərindən gəlib. 

Deyilənlərə görə, nikah üzüyünü ilk dəfə qədim Misir kraliçası Neferti­ti taxıb. O, üzük taxmaq üçün sol əlin ikinci barmağını seçib. O dövrlər elm və təbabət hələ inkişaf etməmişdi.Yüz illər sonra birbaşa ürəyə gedən damarın nikah üzüyü taxılan barmaqda olduğu müəyyən edilmişdir. 

Qədim Şərqdə üzükdən sədaqət sınağı kimi də istifadə edərdilər. Hələ 2000 il əvvəl kişilər uzun müddət­li səfərlərə gedəndə xanımlarına yı­ğılıb-sökülən üzüklər bağışlayırdılar. Qadın üzüyü barmağından çıxarmaq istəyəndə üzük dağılar, ovulub tökülən hissəcikləri yenidən yığmaq çox çətin olardı. Bu yolla kişilər həyat yoldaşları­nın vəfalı olub-olmadığını yoxlayır, əx­laqını, sədaqətini sınaqdan keçirərdilər. 

F. SALMANOVA, “Xalq qəzeti”

Sosial həyat