“Pfizer” şirkətinin nümayəndə heyəti ölkəmizdə

post-img

Səhiyyə Nazirliyində “Pfizer” şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitriy Kozenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

Qonaqları salamlayan nazir Teymur Musayev koronavirus pandemiyasının ən sərt vaxtlarında ölkəmizdə 4 tanın­mış vaksin şirkətinin peyvəndlərindən istifadə edildiyini bildirib. Bunlardan biri də məhz “Pfizer-BioNTech” şirkətinin istehsal etdiyi peyvənd olub. Vurğula­nıb ki, Ümumdünya Səhiyyə Təşkilatı Pfizer-BioNTech vaksinini təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrinə daxil edib. 

Teymur Musayev ölkə əhalisinin sağlamlığı üçün əhəmiyyətli olan digər vaksinlərin Azərbaycanda tətbiqi ilə bağlı müzakirəyə də nazirliyin hazır ol­duğunu bildirdi. 

“Pfizer” şirkətinin Qafqaz, Mərkə­zi Asiya və Monqolustan üzrə rəhbəri Dmitriy Kozenkov bildirib ki, Azərbaycan COVID-19 pandemiyasının başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir. Belə ki, Azər­baycan hökuməti koronavirus infeksi­yasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazır­layaraq həyata keçirdi. 

Görüşdə “Pfizer” şirkəti ilə Səhiyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi apa­rılıb və elmi-tibbi aspektlər müzakirə edilib. 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Son xəbərlər