Avropada görünməmiş istilər gözlənilir

post-img

Avropada yaxın günlər həddindən artıq isti keçəcək. İtaliyada havanın temperaturu +50°C-yə çata bilər. Bu, rekord göstəricidir. Bundan əvvəl temperatur rekordu 2021-ci ildə qeydə alınıb - o zaman Siciliyada +48°C istilik olub. Bu dəfə isə Siciliya və Sardiniya adalarında temperaturun +47-48 °C dərəcəyə yüksələcəyi bildirilib. 

İtaliya Səhiyyə Nazirliyi ölkədə mü­şahidə olunan anomal istilər səbəbin­dən “qırmızı” xəbərdarlıq elan edilən şəhərlərin sayını artırıb. İyulun 19-da 23 şəhər üçün “qırmızı” xəbərdarlıq elan olunub. 

Şimali Afrikadan gələn yeni isti­lik dalğası bir neçə Avropa ölkəsində də göstəriciləri yeniləyə bilər. Hazırda Yunanıstan və İspaniyada anomal isti hava şəraitinin müşahidə edildiyi vur­ğulanır. İspaniyada bu həftə tempera­tur +44 °C qədər qalxacaq. İsveçrə və Avstriyada anomal isti havadan sonra fırtına və yağış gözlənilir. İngiltərədə anomal isti hava davam edəcək. 

Türkiyədə isə yüksək temperatur bu gündən iyulun 24-dək Mərmərə və Egeydə müşahidə olunacaq. İstanbul­da havanın temperaturunun +35°C, Manisa və Muğlada isə +43°C olacağı gözlənilir. 

Agentliyin məlumatına görə, artıq Avropanın cənubunda yerləşən dövlət­lərin hakimiyyət orqanları dəyişən hava şəraiti ilə əlaqədar insanları mümkün yanğınlar, nəqliyyat və enerji infrastruk­turunda nasazlıqlar barədə xəbərdar etməyə başlayıb. Mütəxəssislər anomal istilərin təkcə yaşlılar, klinik cəhətdən həssas insanlar və uşaqlar deyil, bü­tün əhali üçün təhlükə yaratdığı barə­də xəbərdarlıq ediblər. Əhaliyə saat 11:00-dan 18:00-dək zərurət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə olu­nub. Onlara istidə daha çox su içmək və açıq rəngli nazik paltarlar geyinmək məsləhət görülüb. 

Ə.PÜNHAN, “Xalq qəzeti”

Dünya