“Threads” istifadəçilərini ikiqat itirib

post-img

“Meta” şirkətinin “Threads” proqramı ən sürətlə böyüyən tətbiq olsa da, fəal istifadəçi sayı gündən-günə azalır. İstifadəçilər “Threads”ə daha az vaxt sərf etməyə başlayıblar. 

Milyonların “Twitter”ə alternativ axtardığı bir vaxtda ortaya çıxan və “İnstagram”la əlaqəsi olduğu üçün is­tifadəçiləri qısa müddətdə cəlb etməyi bacaran “Threads”də ilk vaxtlar günlük fəal istifadəçi sayı 49 milyon nəfər idi. Lakin “SimilarWeb” analiz şirkətinin he­sabatına görə, “Threads”də bu rəqəm indi 23,6 milyon nəfərə düşüb. İstifadə müddəti isə 21 dəqiqədən 6 dəqiqəyə qədər azalıb. 

Qrafiklər istifadəçilərin “Twitter”də daha çox vaxt keçirdiklərini göstərir. Həmçinin spam hücumları artıb. Bunun qarşısını almaq üçün isə şirkət görün­tüləmə limiti kimi tədbirlərin görüləcə­yini bildirib. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya