3x3 basketbol üzrə Azərbaycan millisi və “Neftçi” klubu Dünya Qadın Seriyasının Priştina mərhələsində bu gün mübarizəyə başlayır. Milli komandamız “B” qrupunda ilk matçını ABŞ seçməsinə qarşı keçirəcək. Daha sonra isə Macarıstanın “Qyor” klubu ilə üz-üzə gələcək.
“Neftçi” klubu isə “D” qrupunda ilk olaraq Niderland millisi ilə görüşək. “Ağ-qaralar” ikinci oyununu meydan sahiblərinə qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutanlar dörddəbir finala vəsiqə qazanacaqlar. “Neftçi” daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.
Elçin ABBASOV,
“Xalq qəzeti”