Şimali Makedoniyanın paytaxtı Skopyedə 20 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatında “B” divizionunun oyunları davam edir.
“C” qrupunda qərarlaşmış U-20 millimiz qrupdakı sonuncu oyununda Gürcüstan yığmasına 66-81 hesabı ilə məğlub olub. “C” qrupunda sonuncu pilləni tutmuş millimiz 17 və 20-ci yerlər uğrunda mübarizə aparacaq. U-20 yığmamızın bu mərhələdəki oyunu, bu gün Bakı vaxtı ilə saat 13:00-da “B” qrupunu sonuncu sırada bitirmiş Lüksemburq seçməsinə qarşı baş tutacaq. Qarşılaşma FIBA-nın rəsmi “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.
Elçin ABBASOV,
“Xalq qəzeti”