“Turan Tovuz” Türkiyədə hazırlıq keçəcək

post-img

Azərbaycan Premyer Liqasının daha bir təmsilçisi “Turan-Tovuz” təlim-məşq toplanışının birinci mərhələsini başa vurub. Komanda hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollanıb.

Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, Tovuz təmsilçisi iyulun 28-dək Ankaranın Qızılcahamam bölgəsindəki “Cam” otelində məskunlaşacaq.

Yeri gəlmişkən, komanda bu müddətdə üç yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərdən biri Türkiyə Super Liqa təmsilçisi “Adana Demirspor” olacaq. Görüş iyulun 17-nə təsadüf edəcək.

Qeyd edək ki, “Turan Tovuz” yay fasiləsindəki ilk yoxlama görüşünü iyulun 12-də keçirib və “Araz-Naxçıvan” üzrəində 5:1 hesablı qələbə qazanıb.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman