Samboçularımız 4 medal qazanıblar

post-img

Böyüklərdən ibarət sambo millimiz İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb.

Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Mirfəttah Seyidəliyev (64 kq) gümüş medalla kifayətlənib.
Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir. Qitə birinciliyi aprelin 23-də başa çatacaq.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman