Yunan-Roma güləşçilərimizdən də yüksək nailiyyətlər gözləyirik

post-img

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasının məlumatına görə, qitə birinciliyinin son üç günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.

Dünən bu növ üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin  ilk rəqibləri bəlli olub. Bildirilir ki, Eldəniz Əzizli (55 kq) Artyom Deleanu (Moldova) - Stefan Qriqorov (Bolqarıstan), Nihat Məmmədli (60 kq) bolqarıstanlı Edmond Nazaryan, Taleh Məmmədov (63 kq) Yakopo Sandron (İtaliya) - Kriştian Kekemeti (Macarıstan), Həsrət Cəfərov (67 kq) Portuqaliya idmançısı Pedro De Morais, Ülvü Qənizadə (72 kq) ukraynalı Andrey Kulik, Sənan Süleymanov (77 kq) macarıstanlı Joltan Levay, Rafiq Hüseynov (82 kq) Mark Veber (İsveçrə), İslam Abbasov (87 kq) fransalı Turpal Maqamadov, Arif Niftullayev (97 kq) Artur Omarov (Çexiya), Sabah Şəriəti (130 kq) isə macarıstanlı Dariuş Vitek ilə qarşılaşacaq.

Qeyd edilib ki, bu gün 55, 63, 77, 87 və 130 kq-da yer alan güləşçilər çıxış edəcək.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman