Axşama “El-Klassiko” var

post-img

Bu gün İspaniya Kubokunda yarımfinal mərhələsinin son qarşılaşması keçiriləcək.

Qeyd edək ki, İspaniya Kubokunda finaldan əvvəl finala bərabər maraqlı oyun hedab edilən bu axşamki matçda ikinci finalçının adına aydınlıq gələcək.  Bu görüşü azarkeşlər üçün belə marsqlı edən cəhət isə iki əzəli rəqibin "Kamp Nou"da  cavab matçında yenifən üz-üzə gəlməsidir. 

Qeyd edək ki, “Barselona” və “Real Madrid”  komandaları Bakı vaxtı ilə bu axşam  saat 23:00-da qarşılaşacaqlar.

Xatırladaq ki, Madriddə keçirilmiş ilk görüşdə kataloniyalılar minimal hesablı (1:0) qələbə qazanıblar.

Yeri gəlmişkən, İspaniya Kubokunda ilk finalçı Bilbao “Atletik”ini mübarizədən kənarlaşdıran “Osasuna” olub.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman