Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Məlumatı DİN mətbuat xidməti verib.
Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları əməli törətməkdə şübhəli bilinən 36 yaşlı E.Rzayevi saxlayıblar.
Sabunçu rayonunda da evdən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Xəzər rayonunda isə evin həyətindən 17000 manat dəyərində iri və xırdabuynuzlu mal-qara oğurlanıb. Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən N.Novruzovu saxlayıblar.
Abşeron rayonunda mağazadan 1616 manatlıq tütün məmulatı talamaqda şübhəli bilinən X.Qasımov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ