Azərbaycan aliminin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda  dərc edilib

post-img

Azərbaycan aliminin elmi məqaləsi Böyük Britaniyanın Oksford Universitetinin nüfuzlu beynəlxalq “Mexanika və Tətbiqi Riyaziyyat üzrə Rüblük Jurnal”ında  dərc edilib

Azərbaycan Milli Aviasiya Akademiyasının professoru fizika-riyaziyyat elmləri doktoru Lətif Xəlil oğlu Talıblının Böyük Britaniyanın Oksford Universitetinin SCOPUS və Web of Scences elmmetrik bazalarına daxil olan nüfuzlu beynəlxalq “Mexanika və Tətbiqi Riyaziyyat üzrə Rüblük Jurnal”ında  “Fırlanan özlüelastik disk üçün üçölçülü sərhəd məsələsinin dəqiq həlli” adlı elmi məqaləsi dərc olunmuşdur.
Məqalədə, müəllifin  təklif etdiyi özlü elastiklik nəzəriyyəsinin kvazistatik problemlərinin dəqiq həlli metodu əsasında fırlanan diskin üçölçülü sərhəd məsələsinin dəqiq həlli tapılmışdır.  Baxılan problemin dəqiq həlli ilkin ixtiyari verilənlər çərçivəsində analitik düsturlar şəklində təqdim olunur. Həll teorem şəklində ifadə edilir və bu problemin dəqiq həlli kimi müstəqil maraq doğurur. Eyni zamanda, tapılan həll müxtəlif ədədi metodların sınaqdan keçirilməsində istifadə edilə bilər.

Məqalə haqqında məlumatlar belədir:
Latif Kh Talybly. The Exact Solution Of The Three-Dimensional Boundary Value Problem For A Rotating Viscoelastic Disk // The Quarterly Journal of Mechanics and Applied Mathematics, Volume 78, Issue 4, November 2025, hbaf012, https://doi.org/10.1093/qjmam/hbaf012

Elm