“Kitabi-Seyyid Battal Qazi” monoqrafiyası nəşr olunub

post-img

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Aybəniz Rəhimovanın “Kitabi-Seyyid Battal Qazi (yazılı dastan abidəsi)” monoqrafiyası işıq üzü görüb.

İnstitutdan XQ-yə bildirilib ki, “Kitabi-Seyyid Battal Qazi” dastanı islamiyyətin yayılmasını anladan, islam carçısı Battal Qazinin qəzavətlərini əks etdirən oğuz-türk abidəsidir. Bu dastan “Kitabi-Dədə Qorqud”dan sonra Anadoluda yaranmış dini və tarixi qəhrəmanlığı ehtiva edən əsərlərin ilkidir. Tədqiqatda “Kitabi-Seyyid Battal Qazi” dastanının Əlyazmalar İnstitutunda saxlanılan yeganə əlyazma nüsxəsi üzərində tarixi, eləcə də filoloji-tekstoloji araşdırmalar aparılıb, dastanın mətninə müdaxilə edilmədən təkmilləşdirmək məqsədilə təkrar nəşri oxucuların ixtiyarına verilib.

Monoqrafiyanın elmi redaktoru dosent Əli Məmmədbağıroğlu, elmi məsləhətçisi professor Azadə Musabəyli, redaktoru Jalə Rüstəmovadır.

Elm