AMEA-nın 80 illiyinin keçirilməsi ilə bağlı 18 mart 2025-ci ildə Sərəncam imzalayan, həmçinin bu gün yubiley tədbirimizdə iştirak edən və çıxış edən qalib ölkənin qalib lideri İlham Əliyevin tarixi nitqi, konseptual fikiləri bizim bundan sonrakı fəaliyyətimizi əsas istiqamətləndirən yol xəritəsidir.
Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı qurumun prezidenti İsa Həbibbəyli səsləndirib.
O qeyd edib ki, dövlət başçısının Elmlər Akamemiyasına verdiyi yüksək qiymət, xalq-dövlət birliyinin onuğra sütunu olan ziyalı-lider birliyinin təntənəsidir. Bu gün Azərbaycanın bütün yaradıcı ziyalıları, elmi elitası xalqımızla birgə qalib prezidentimizin ətrafında sıx birləşiblər və bu hər zaman da belə olacaq.
Akademik çıxışında bildirib ki, Elmlər kademiyasının inkişafında əvəzsiz xidmətləri olan, akademiyamızı, elmimizi himayə edən ümummilli lider Heydər Əliyev olmuşdur. Məhz onun dövründə akademiyamız tənəzzül dövründən, ləğv edilməkdən xilas olmuşdur. Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə akademiyanın quruculuq prosesi yenidən başlamış, o akademiyanı milli sərvətimiz adlandırmış və bu elm məbədinin qorunub saxlanmasını, inkişaf etdirilməsini özünün siyasətində başlıca məqsədlərdən birinə çevirmişdi.
XQ

