Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “Ookla” şirkətinin Yaxın Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Tristan Muhader ilə görüş keçirib.
XQ xəbər verir ki, görüşdə “Ookla” şirkətinin İKT sahəsində əməkdaşlıq üçün təklifləri təqdim olunub, 2025-ci ilin iyun ayında Bakıda keçirilən görüş zamanı Nazirlik tərəfindən qaldırılan məsələlər müzakirə edilib.
Həmçinin Azərbaycanda rəqəmsal infrastrukturun inkişafı üzrə görülən işlər, ölkəmizi telekommunikasiya və rəqəmsal infrastruktur investisiyaları üçün daha cəlbedici məkana çevirmək, rəqəmsal iqtisadiyyatın dəstəklənməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, “Ookla” şirkətinin qlobal təcrübəsi və analitik imkanlarının Azərbaycanın bu sahədəki məqsədlərinə töhfəsi araşdırılır.

