Azərbaycan dilində işgüzar və akademik kommunikasiya dərsliyi nəşr olunub

post-img

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Sadıqovanın müəllifi olduğu Azərbaycan dilində işgüzar və akademik kommunikasiya dərsliyi  nəşr olunub.

XQ xəbər verir ki, dərslikdə Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin mövzusu, məqsədi və vəzifələri yer alıb. Vəsaitdə Azərbaycan dili və Azərbaycan ədəbi dilinin üslubları, normaları haqqında da bəhs olunur. Kitabda, həmçinin işgüzar kommunikasiyanın prinsipləri, formaları, növləri, şifahi və yazılı akademik kommunikasiya, elektron işgüzar kommunikasiya, işgüzar kommunikasiyanın dinlər və mədəniyyətlərarası spesifikliyi, işgüzar və akademik kommunikasiyanın etik-psixoloji aspektləri barədə məlumat verilir.  

Dərslik ali məktəb tələbələri, magistrant və doktorantlar, mütəxəssislər, həmçinin Azərbaycan dilində işgüzar ünsiyyətqurma bacarığına yiyələnmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Elm