İşğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatların qurulması işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu dəfə Ağdərə, Laçın və Xocalı rayonlarına köçürülmüş sakinlərdən daha 26 şəxsi proqram çərçivəsində aktivlərlə təmin edib.
Verilmiş aktivlər hesabına həmin sakinlər maldarlıq, keçiçilik, qoyunçuluq və arıçılıq zərfləri üzrə öz təsərrüfatlarını yaradıblar.
XQ xəbər verir ki, proqram iştirakçıları doğma yurdlarında təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəkdən razı qaldıqlarını bildirib, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Onlar qurduqları bu təsərrüfatları daim genişləndirməyə çalışacaqlarını vurğulayıblar.
Beləliklə, Ağdərə, Laçın və Xocalı rayonlarına köçürülmüş sakinlərdən artıq 220 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.