Folklor İnstitutu və Kərkük Kültür Dərnəyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

post-img

AMEA-nın Folklor İnstitutunda Kərkük Kültür Dərnəyinin rəhbəri, İraq-Türkman Jurnalistlər Birliyinin sədri, tanınmış tədqiqatçı və yazar Şəmsəddin Kuzəçi ilə görüş keçirilib.

Görüşdə hər iki ölkənin folklorşünas alimləri arasında birgə tədqiqatların aparılmasını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən söz açılıb.

Qarşılıqlı elmi-mədəni əməkdaşlığın yaradılması və möhkəmləndirilməsi, İraq-Türkman folklorunun toplanması, nəşri və tədqiqi istiqamətində birgə fəaliyyət üçün yeni imkanların yaradılması məqsədilə AMEA-nın Folklor İnstitutu ilə Kərkük Kültür Dərnəyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni institutun baş direktoru, akademik Muxtar İmanov və Kərkük Kültür Dərnəyinin rəhbəri, Dr. Şəmsəddin Kuzəçi imzalayıblar.

Görüşdə AMEA Folklor İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, elmi katib, dosent Elçin Abbasov, Klassik folklor şöbəsinin aparıcı elmi işçisi, dosent Nail Qurbanov, Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, dosent Səkinə Qaybalıyeva və Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanova da iştirak ediblər.

Görüşün sonunda Kuzəçi Folklor İnstitutunun kitabxanasına kitablarını hədiyyə edib.

Anar Əli
XQ

Elm