Almaniya Avropanı müharibəyə hazır olmağa çağırıb

post-img

Almaniya Avropada müharibəyə hazırlaşmalıdır. Bu barədə oktyabrın 30-da Almaniyanın müdafiə naziri Boris Pistorus məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb.

“Biz Avropada müharibə təhlükəsinin ola biləcəyi fikrinə alışmalıyıq. Almaniya özünü müdafiə etməyi bacarmalıdır. Biz müharibəyə hazır olmalıyıq”, - deyə o, ZDF televiziyasına bildirib.

Onun sözlərinə görə, ölkə Yaxın Şərqdə münaqişənin eskalasiyasının qarşısını almaq üçün yollar axtaracaq.

Oktyabrın 27-də Çexiya Prezidenti Petr Pavel bildirib ki, Ukrayna yıxılarsa, bütün Avropa onu izləyəcək. Çexiya lideri qeyd edib ki, müasir münaqişələri, sadəcə olaraq, hər bir tərəfi dinləmək və onların hər birinin maraqları arasında xətt çəkməklə həll etmək olmaz.

P.ƏMİRCANOV
XQ

Dünya