M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı “Açıq qapı” gününə abituriyentləri dəvət edir

post-img

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı “Açıq qapı” gününə abituriyentləri dəvət edir.

Bu barədə AZƏRTAC-a MDU-nun Bakı filialından məlumat verilib.

“Açıq qapı” günü abituriyentlər:

- 2023/2024-cü tədris ili üçün MDU-nun filialına qəbulun şərtləri və qaydaları ilə tanış olacaq;

- filialın Filologiya, Tətbiqi-riyaziyyat, Kimya, Psixologiya, İqtisadiyyat və Fizika fakültələrində bakalavriat və magistratura pillələrində tədrislə bağlı hərtərəfli məlumat alacaq;

- qəbul imtahanlarına hazırlaşmaq üçün lazım olan materialları əldə edə biləcəklər.

Abituriyentlər üçün həm də filialın fakültələrini təmsil edən moskvalı professor-müəllim heyəti ilə görüş təşkil ediləcək.

“Açıq qapı” günü aprelin 15-də saat 14:00-da keçiriləcək.

Ünvan: Bakı şəhəri, H. Cavid prospekti, 133 (“Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında).

Tədbir bitdikdən sonra (saat 16:00-da) universitetinin kampusuna ekskursiya təşkil ediləcək.

Əlaqə telefonu: (012) 598 93 32

Elm