TDT-nin İqlimə Davamlı Kəndlər Forumu yaradılıb

post-img

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində təşkil edilən Türk Dövlətləri Təşkilatının İqlimə Dayanıqlı Ağıllı Kəndlər üzrə Nazirlər Sessiyasında İqlimə Davamlı Kəndlər Forumu yaradılıb. Bununla bağlı tərəflər arasında müqavilə imzalanıb.

Müqavilə türk regionunda iqlim uyğunlaşması, regionların üzləşdiyi problemlərin qiymətləndirilməsi və əkinçilik icmalarının iqlimə daha davamlı olması üçün imkanların gücləndirilməsi ilə bağlı dərin mübadilə imkanı yaratmaq məqsədi daşıyır.

Qeyd edək ki, tədbirdə tərəflər kənd yerlərinin inkişafı, “ağıllı kənd” təşəbbüsləri, davamlı və iqlimə davamlı kənd layihələri və DİM-lərin lokallaşdırılması üzrə sübuta əsaslanan ən yaxşı təcrübələri bölüşüblər.

XQ

Ekologiya