Britaniyanın sabiq Baş naziri Tereza Mey özünün “X” sosial media şəbəkəsində iqlim dəyişikliyi ilə mübarizədə qətiyyət göstərilməsinin çox vacib amil olduğunu bildirib.
O, paylaşımında ötən həftə Bakıda başlayan COP29-da iştirak etdiyini qeyd edərək qlobal iqlim dəyişmələrinə qarşı təcili və əhəmiyyətli tədbirlər görülməsinin vacibliyini vurğulayıb. Tereza Mey bu il orta temperaturun 1,5 dərəcə sərhədini keçmə ehtimalının olduğunu diqqətə çatdıraraq, planetimizi və insanları qorumaq üçün indidən qərarlı hərəkətin zəruriliyini bildirib.
XQ