BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün avtobus parkının 50 faizi “yaşıl” avtobuslarla təchiz olunub.
COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda keçirilən “ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə” mövzusunda keçirilən seminarda bildirib. Onun sözlərinə görə, COP29 çərçivəsində nəqliyyatda dayanıqlılıq məsələləri nəzərə alınaraq avtomobil parkına 150-dən çox elektrikli avtomobil daxil edilib.