Ümumi enerjidə “yaşıl” gücün payı artır

post-img

Bu ilin yanvar–avqust aylarında Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl” enerjinin payı 14 faiz olub. Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazirin sözlərinə görə, cari ilin 8 ayında respublikada elektrik enerjisinin istehsalı 19 milyard 235,4 milyon kilovat-saat, ixrac 858,9 milyon kilovat-saat, idxal isə 125,5 milyon kilovat-saat olub.

Pərviz Şahbazov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla bərpaolunan enerji mənbələrindən 2 dəfədən çox artımla 2 milyard 771,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

 

Ekologiya