Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, mayın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətə intensivləşəcəyi ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 12-16°, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu , nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 17-22°, dağlarda gecə 2-6°, gündüz 6-10° isti olacaq.
Q.QASIMOV
XQ