Müğənni xanımın əbədiləşmiş 1 anı

post-img

Azərbaycan təsviri sənətində öz dəst-xətti ilə seçilən görkəmli rəssam Böyükağa Mirzəzadə milli rəngkarlıq sənətinin inkişafında böyük rol oynayıb. Onun çoxşaxəli yaradıcılığında portret janrı xüsusi yer tutur. 

Rəssam yaratdığı obrazların mənəvi dünyasına nüfuz edərək onların hər birini əlvan rəng çalarları ilə məharətlə təsvir edib. 

B.Mirzəzadə yaradıcılığı boyu bir çox tanınmış şəxsiyyətlərin portretlərini yaradıb. Bu əsərlər ara­sında Xalq artisti Zeynəb Xanlarovaya həsr olunmuş “Müğənni xanımın portreti” əsərini misal çəkmək olar. 

Əsərdə gənc ifaçı qadının qızılı paltarı, al qızıl­güllərlə bəzənmiş saçları olduqca canlı və real təsvir olunub. Tabloda əlvan qırmızı boyalar əsərin emosi­onal təsir qüvvəsini daha da qüvvətləndirir. 

S.FİDAN
XQ

Mədəniyyət