Altı Avropa ölkəsi Qrenlandiyaya hərbçilər göndərir

post-img

Trampın təhdidləri fonunda altı ölkə Qrenlandiyaya hərbçi göndərir. Məlumatı RBK telekanalı yayıb. 

Trampın Qrenlandiyanı ilhaq etmək təhdidləri fonunda Avropa ölkələri, əsasən Almaniya, İsveç, Fransa və Norveç adanın müdafiəsini gücləndirmək üçün hərbçilər göndərmək qərarına gəliblər. “Politico”nun xəbərinə görə, Hollandiya və Kanada da bu təşəbbüsdə iştirak edir.

Danimarkanın dəvəti ilə Bundesver Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə 13 əsgər göndərib. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Berlin “bölgədə Danimarkanın təhlükəsizliyinin təmin edilməsində, məsələn, dəniz nəzarəti sahəsində potensial hərbi iştirak imkanlarını araşdırmağı” hədəfləyir. Müdafiə Nazirliyinin sözçüsü CNN-ə bildirib ki, Norveç Qrenlandiyaya iki əsgər göndərəcək.

“France-Presse” mənbəyə istinadən xəbər verir ki, Paris Qrenlandiyadakı hərbi missiyada iştirak etmək niyyətindədir. İsveç də Avropa hərbi missiyasında iştirakını elan edib. 

P.ƏMİRCANOV
XQ

Dünya