Zelenski Putinlə görüşə hazırdır, amma Rusiyada yox...

post-img

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə ikitərəfli görüşün mümkünlüyünü istisna etmədiyini bildirib. Bu barədə Ukrayna lideri ABC News telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, belə bir görüş Rusiya ərazisində baş tutmamalıdır. Ukrayna prezidenti əmin olduğunu bildirib ki, “Putin bu görüşü təxirə salmaq üçün hər şeyi edir”.

Müharibə bitəcəyi təqdirdə ABŞ və Avropa müttəfiqlərindən Ukraynaya təhlükəsizlik zəmanətlərinə gəlincə, Ukrayna dövlətinin başçısı bəyan edib ki, onlar yalnız Ukrayna ordusuna əsaslana bilərlər.

“Düşünürəm ki, prezident Tramp bu müharibəni bitirmək istəyir. Amma əgər biz ədalətli və davamlı sülhdən danışırıqsa, o zaman müharibəyə son qoymaq vacibdir və əsas məsələ ... altı ay, bir il, iki ildən sonra yenidən təcavüzə məruz qalmamaqdır. Bu, təkcə müharibəni dayandırmaq deyil. Bəli, bu, çox vacibdir, həm də davamlı sülhə gəlmək üçün vacibdir”, - deyə o bildirib.

P.Əmircanov
XQ

Dünya