Biz Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan bu son addımları alqışlayır və məmnuniyyətlə qarşılayırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlon deyib.
“Bunlar 2025-ci il avqustun 8-də Prezident Trampın iştirakı ilə paraflanan sülhə dair Saziş layihəsinə hər iki tərəfin həqiqətən sadiq olduğunu göstərən mühüm etimad quruculuğu səyləridir. Ticarət və nəqliyyat marşrutlarının bərpası isə sözsüz ki, bütün regionun və hər iki ölkənin iqtisadiyyatlarına çox böyük müsbət təsir göstərəcək.
Beləliklə, bir daha vurğulayırıq ki, indiyədək göstərilən bu səyləri ürəkdən alqışlayır və məmnuniyyətlə dəstəkləyirik”, - deyə müvəqqəti işlər vəkili əlavə edib.
Müsahibənin geniş variantı ilə bu linkdə tanış ola bilərsiniz.

