ABŞ Prezidenti Donald Tramp beynəlxalq arenadakı fəaliyyətlərini tərifləyərək, qlobal təhlükələrin azalmaqda olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, Tramp ötən yay İranın nüvə obyektlərinə endirilən zərbələrə toxunaraq, bu əməliyyatların ölkənin nüvə potensialını tamamilə məhv etdiyini bildirib.
“İran danışıqlar aparmaq istəyir və aparacaq”, – deyə Tramp vurğulayıb.
Tramp bildirib ki, bir çox müsbət hadisə baş verir və Avropa, ABŞ və Yaxın Şərq üçün mövcud olan təhdidlər həqiqətən də azalır.
“Cəmi bir il əvvəl dünya demək olar ki, alov içində idi və bir çox insanlar bunun fərqində belə deyildi”, - deyə Tramp əlavə edib.

