Ərdoğan Trampla Suriya və Qəzzanı müzakirə edib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidenti Administasiyası Kommunikasiya İdarəsinin məlumatında bildirilir. Xəbəri “Anadolu” verib. 

Dövlət başçıları Ankara ilə Vaşinqton arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçirib, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Prezident Ərdoğan qeyd edib ki, Ankara Suriyadakı hadisələri yaxından izləyir və Suriya Ərəb Respublikasının birliyini, həmrəyliyini və ərazi bütövlüyünü Türkiyə üçün fundamental əhəmiyyət kəsb edən məsələ hesab edir.

Müzakirə zamanı İŞİD-ə qarşı mübarizə və Suriya həbsxanalarında saxlanılan üzvlərinin vəziyyəti müzakirə olunub. Türkiyə lideri vurğulayıb ki, Suriyada bütün tərkib hissələri ilə birgə çiçəklənən, terrordan azad və dinc bir dövlətin yaradılması regional sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək.

Prezident Ərdoğan həmçinin Qəzza zolağında sülhün bərqərar olması səylərinin davam etdiyini və Türkiyənin bu istiqamətdə ABŞ ilə koordinasiyanı davam etdirmək niyyətində olduğunu bildirib.

Dövlət başçısı Ağ Evin rəhbərinə Qəzza zolağı üzrə Sülh Şurasına qoşulmaq dəvətinə görə minnətdarlığını bildirdi.

P.ƏMİRCANOV
XQ

Dünya