Ərdoğan Suriyada vəziyyətin uzunmüddətli həllinə ümid edir

post-img

Ankara Suriya hökuməti ilə YPG/SDG arasında silahlı qüvvələrə tam inteqrasiya və hərtərəfli atəşkəs barədə əldə edilən razılaşmanı alqışlayır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxışı zamanı bildirib.

Məlumatı “Anadolu” verib. 

Dövlət başçısı Suriyadakı vəziyyətin uzunmüddətli həllinə ümid etdiyini bildirib: “Suriyada atəşkəs razılaşmasından məmnunuq və məsələnin daha çox qan tökülmədən yekun həllinə ümid edirik”.

Prezident xatırladıb ki, Türkiyə dəfələrlə cənub sərhədlərində ölkənin təhlükəsizliyinə təhdid yaradan separatçı bir qurumun mövcudluğuna icazə verməyəcəyini bildirib.

Onun sözlərinə görə, Türkiyə “ərazi iddiası irəli sürmür və heç bir ölkənin daxili işlərinə qarışmır, eyni zamanda, öz maraqlarına xələl gətirilməsinə də imkan verməyəcək”.

P.ƏMİRCANOV
XQ

 

Dünya