Milli Məclisdə Beynəlxalq Təmiz Enerji günü münasibəti ilə tədbir keçirilməsi nəzərdə tutulur.
XQ xəbər verir ki, bu məsələ parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2026-cı il yaz sessiyası üzrə iş planına daxil edilib.
Bundan başqa, planda "Yaşıl iqtisadiyyat"a keçiddə bərpa olunan enerjinin rolu ilə bağlı "Qaradağ" Günəş Elektrik Stansiyası ilə tanışlıq öz əksini tapıb.

