Tokayev: Qazaxıstanda inflyasiya xüsusilə kəskin xarakter alıb

post-img

Qazaxıstanda inflyasiya xüsusilə kəskinləşib, hökumət və Milli Bank bu problemi həll etmək üçün bir komanda kimi işləməlidirlər. 

Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev parlament palatalarının birgə iclasında qazax xalqına illik müraciəti ilə çıxış edərkən bildirib.

“Bu gün əsas problem iqtisadi göstəricilərin artımını və əhalinin gəlirlərini “yeyən” yüksək inflyasiyadır. Bu problemin həlli üçün hazır resept yoxdur: əksər ölkələr bununla üzləşir və bu, universal xarakter daşıyır. Lakin bizdə inflyasiya xüsusilə kəskinləşib. Bu makroiqtisadi qapalı dairədən çıxmaq lazımdır”, - o deyib.

“Hökumət və Milli Bank vəziyyətin mürəkkəbliyini və ümumi vəzifəni nəzərə alaraq bir komanda kimi işləməlidir”, - prezident qeyd edib.

P.Əmircanov
XQ

Dünya