Bu gün Rusiya Prezidenti Vladimir Putinin cədvəlinə əsasən, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla görüş planlaşdırılıb. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yanvarın 21-də deyib.
Məlumatı “Anadolu” verib.
“Bəli, belə bir əlaqə gözləyirik; bu, prezidentin cədvəlindədir. Və bu, sabah baş tutacaq”, - deyə Kreml sözçüsü bildirib.
Daha əvvəl ABŞ mediası da Uitkoffun cümə axşamı Rusiya lideri ilə görüşəcəyini bildirmişdi.
Peskov onu da bildirib ki, ABŞ Prezidenti Donald Trampın ABŞ-ın yeni silahlara sahib olması ilə bağlı açıqlaması aydınlaşdırılmalıdır və Rusiya bunu gözləyir.
O qeyd edib ki, Moskva bu cür açıqlamaları diqqətlə izləyir.
P.ƏMİRCANOV
XQ

