Universitetlərə qəbul olunan abituriyentlər üçün qeydiyyat bu gün başa çatır. Bu barədə Dövlət İmtahan Mərkəzindən verilən məlumatda bildirilir ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 8 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər
Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qeydiyyat avqustun 28-dən başlamışdı.
XQ